e-poçt: office@aspg.az
elaza.office.aspg@gmail.com

Elanlar

  • 1-3 noyabr 2017
    Xəzər regionunun geologiya xüsusiyətləri ətraflı
  • 12 -15 iyun
    Fransada keçirilən 79-cu EAGE-nin konfrans və sərgi ətraflı
  • İbrahim Quliyev “Şöhrət” ordeni ilə təltif edilib ətraflı
  • 16 may 2017
    Learning session Theme: Wireline cables ətraflı
  • 19-22 aprel 2017
    Beynəlxalq Tələbə və Gənc Tədqiqatçılar Konfransı ətraflı
  • 17 noyabr 2016
    Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi kitabxanasında ANGC – nin geoloji kitabxanasının təqdimatı ətraflı

Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti (ANGC) geologiya elminin tərəqqisinə, bu sahədə qabaqcıl elmi məlumatın yayılması və mütəxəssislərin elmi səviyyələrinin artırılmasına kömək etmək məqsədilə birləşən geoloqların peşəkar qeyri-kommersiya təşkilatıdır.
ANGC təsis olunması 1993-ci ilin mart ayının 3-də 23 nəfərdən ibarət heyyətdə (Şəkil) bu ideyanı irəli sürmüş AMOKO-nun məsul işçisi cənab Con Dolsonun iştirakı ilə keçirilən iclasda rəsmi surətdə elan edilmişdir.
1994-cü ilin iyun ayında ABŞ-ın Kolorado ştatının Denver şəhərində, «House of delegates» iclasında Azərbaycan Neftçi Geoloqları Cəmiyyətinin (ANGC) nümayəndələri rəsmi şəkildə iştirak etdilər.



Elə həmin iclasda Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti Amerika Neftçi Geoloqlar Assosiasiyasının rəsmi Azərbaycan Bölməsi kimi təsdiq edildi.( Amerika Neftçi Geoloqlar Assosiasiyası 1917-ci ildən fəaliyyət göstərir və dünyanın müxtəlif ölkələrində 40-dan artıq bölməsi mövcuddur.)

1996-cı ilin dekabr ayında ANGC-i Avropa Yer elmləri Alimləri və Mühəndisləri Assosiasiyası ilə birgə əməkdaşlıq haqqında saziş imzalamışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti 20 illik bir dövrdə Azərbaycanda aktiv fəaliyyət göstərən qeyri-dövlət təşkilatlarından biridir. Cəmiyyətdə iş planlı şəkildə mütəmadi olaraq ardıcıl və çox intensiv gedir. Bunun nəticəsidir ki, ardıcıl olaraq üç il-2010, 2011, 2012-ci illərdə ANGC-i öz aktiv fəaliyyətinə görə Avropa geoloji cəmiyyətləri arasında ikinci yeri tutub. 2013-ci ilin nəticələrinə görə 1-ci yerə layiq görülüb.

Cəmiyyətin SOCAR-n Baş Ofisində,“28 May” ad. NQCİ, “Neft Daşları” NQCİ, Kompleks Qazma İşləri Tresti, “Azneft” İB-nin aparatı, “Neftqazelmitədqiqatlayihə” İnstitutu, Azərbaycan Dövlət Neft Akademiyası, ARDNŞ-ın Geologiya və Geofizika İdarəsində və BP-Azərbaycan şirkətində bölmələri fəaliyyət göstərir. Hazırda cəmiyyətin 260-dan çox üzvü var. Bununla yanaşı Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici şirkətlər, o cümlədən BP (Böyük Britaniya), Total (Fransa), Statoil (Norveç), Şlumberge (Fransa), GDF SUEZ ( Fransa), Weatherford və SOCAR korporativ üzv kimi Cəmiyyətdə fəaliyyət göstərirlər.